www. issa-azerbaijan.org
 
index.html en.html ru.html
Foto arxiv  
İnstitut haqqında
Rəhbərlik
Laboratoriyalar
Dissertasiya
Xəbərlər
Elanlar
Nəşrlər
Bizimlə əlaq


Azərbaycan xalqının
ümummilli lideri
Heydər Əliyev.

AMEA-nın prezidenti,
akademik Akif Əlizadə




World time

Təşkilatın tarixi haqqında qısa məlumat:

Torpaqşünaslıq və Aqrokimya İnstitutu 1945-ci ildə keçmiş SSRİ EA Azərbaycan filialının Torpaqşünaslıq sektoru əsasında yaradılmışdır. İnstituta aşağıda adları çəkilən görkəmli alimlər rəhbərlik etmişlər: prof. V.R.Smirnov-Loqinov, akad. C .M.Hüseynov, V.R.Volobuyev, EA-nın müxbir üzvləri: M.M.Salayev, akad.Q.Ş.Məmmədov.Hazırda institutun direktoru professor Ə.G.Quliyevdir. İnstitutda bir neçə elmi məktəb yaradılmışdır: akad. H.Ə.Əliyev - torpaqların coğrafiyası, ekologiyası; V.R.Volobuyev - torpaqların meliorasiyası və energetikası; C.M.Hüseynov- aqrokimya; M.M.Salayev - torpaqların genezisi, diaqnostikası; AMEA-nın müxbir üzvü Q.Ş.Məmmədovun rəhbərliyi altında elmi istiqamətlər - torpaqların aqroekologiyası və ekoloji monitorinqi sahələrində mühüm nəticələr əldə edilmişdir. AMEA-nın müxbir üzvü M.R.Babayev tərəfindən antropogen torpaq əmələgəlmə prosesinin elmi-nəzəri əsasları işlənilmişdir.

İnstitutun elmi struktur bölmələri :

Torpaqların genezisi, coğrafiyası və kartoqrafiyasi laboratoriyası;
Torpaq örtüyünün strukturası laboratoriyası;
Torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyası;
Torpaqların mineralogiyası və kimyası laboratoriyası;
Torpaqların biologiyası laboratoriyası;
Torpaq coğrafi informasiya sistemləri laboratoriyası;
Torpaq fizikası laboratoriyası;
Torpaq meliorasiyası laboratoriyası;
Torpaqların rekultivasiyası laboratoriyası;
Mineral gübrələr laboratoriyası;
Mikroelementlər və mikrogübrələr laboratoriyası;
Üzvü gübrələr laboratoriyası;
Torpaq proseslərinin dinamikası laboratoriyası;

Torpaq-aqrokimyəvi tədqiqatlar və kütləvi analizlər laboratoriyası;
Beynəlxalq əlaqələr, innovasiya və informasiya şöbəsi;
Torpaq muzeyi; Xəritə fondu;
Kitabxana;

Ucar Dayaq Məntəqəsi.

İnstitutun nəzdində D.01.041 elmlər doktoru və fəlsəfə doktoru dərəcələri almaq üçün ixsisaslaşdırılmış doktorluq şurası fəaliyyət göstərir. Şura aşağıdakı ixtisaslar üzrə işlər qəbul edir: 2426.01- «Ekologiya»- aqrar elmləri üzrə, biologiya elmləri ixtisası üzrə; 2511.01 «Torpaqşünaslıq», aqrar elmlıri; 3103.02- “Meliorasiya, rekultivasiya və torpaqların mühafizəsi”, texnika elmləri üzrə; 3101.01.01 «Aqrokimya» aqrar elmləri üzrə.
Təşkilatın işçilərinin ümumi sayı: 208 nəfərdir
İnstitutda torpaqşünaslıq və aqrokimyanın aşağıdakı problemləri üzrə elmi-tədqiqat işləri aparılır:

• Torpaqların genezisi, Beynəlxalq standartlara uyğun müasir nomenklaturası, təsnifatı, suvarılan torpaqlara antropogen təsirin nəzəri əsaslarının işlənməsi və torpaqların deqradasiyası;
• Torpaq proseslərinin idarə olunmasının elmi əsasları;
• Azərbaycanda Dövlət torpaq kadastrının elmi əsaslarla aparılması, torpaqların ekoloji münbitlik modelləri əsasında rayonlaşdırılması və Respublikada keçirilən torpaq islahatının elmi təhlili;
• Torpaqların mineraloji tərkibinin, bioloji fəallığının, humusluq vəziyyətinin tədqiqi və münbitliyin bərpasının ekoloji və aqrokimyəvi əsasları;
• Aqrokimyanın ekoloji problemləri;
• Torpaqların aqrofiziki, optik və istilik xassələri bankının tərtibi;
• Respublika torpaqları üçün avtomatlaşdırılmış coğrafi informasiya sisteminin yaradılması, aqroekoloji sistemin əsas göstəricilərinin müqayisəli təhlili və Azərbaycan torpaqlarının elektron xəritələrinin tərtibi;
• Respublika torpaqlarının meliorativ səciyyəsi, duzluluq dərəcəsi və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı arasında əlaqənin tədqiqi.

İnstitutda akademiklər H.Ə.Əliyev, C.M.Hüseynov, V.R.Volobuyev, akademiyanın müxbir üzvi K.Ə.Ələkbərov, Ə.N.Güləhmədov, M.M.Salayev kimi görkəmli alimlər fəaliyyət göstərmişdir. Onların rəhbərliyi ilə institutda bir neçə elmi məktəb yaradılmış və torpaqşünaslıq, aqrokimya, meliorasiya elm sahələrində böyük nailiyyətlər əldə edilmişdir. AMEA-nın həqiqi üzvü Q.Ş.Məmmədovun rəhbərliyi altında torpaqların aqroekologiyası və ekoloji monitorinqi istiqamətində mühüm işlər aparılır və bu sahədə müəyyən nailiyyətlər əldə edilmişdir. AMEA-nın müxbir üzvü M.P.Babayev tərəfindən isə antropogen torpaqəmələgəlmə prosesinin və torpaq deqradasiyasının elmi və nəzəri əsasları işlənir.İnstitutun yaradıldığı ilk gündən onun fəaliyyəti Azərbaycan torpaqlarının coğrafiyası, genezisi, meliorasiyası, fizikası və eroziya proseslərinin öyrənilməsinə yönəlmişdir. Bu illərdə Azərbaycanda iri miqyaslı ekspedisiyalar təşkil olunmuş, dağlıq ərazilərdə əkinçiliyin inkişaf etdirilməsi, yay otlaqlarının pasportlaşdırılması məqsədilə torpaq-coğrafi tədqiqatlar aparılmışdır. Böyük və Kiçik Qafqaz, Naxçıvan MR-nın dağlıq ərazi torpaqları xəritələşdirilmişdir. SSRİ EA Torpaq İnstitutu AEA Torpaqşünaslıq və Aqrokimya institutu ilə birlikdə təşkil olunmuş kompleks ekspedisiyası tərəfindən əldə edilmiş zəngin tədqiqat materialları Mingəçevir su anbarının, Yuxarı Şirvan, Yuxarı Qarabağ, Baş Muğan və digər suvarma kanallarının layihələşdirilməsi işlərində istifadə olunmuşdur. Suvarılan torpaqların sahələrini artırmaq məqsədi ilə Samur-Dəvəçi, Kür-Araz və Lənkəran ovalıqlarında, Arazətrafı ərazidə aparılmış iri miqyaslı torpaq tədqiqatlarının nəticələri su-təsərrüfat obyektlərinin layihələşdirilməsi və inşaatında geniş istifadə edilmişdir. Azərbaycanda çay bitkisi altında sahələrin genişləndirilməsi məqsədilə Lənkəran və Zaqatala bölgələrində çayayararlı torpaqlar müəyyən edilərək rütubətli subtropik zona torpaqlarının genezisi öyrənilmiş və əsas torpaq tiplərinin diaqnostik xassələri müəyyən edilmişdir.

Azərbaycan ərazisinin 1:200000 miqyasında torpaq xəritəsi tərtib edilmişdi, onun əsasında ilk dəfə olaraq Respublika torpaqlarının duzluluq xəritəsi hazırlanmış və istifadəyə verilmişdir. Zaqafqaziyada ilk dəfə olaraq 1953-cü ildə «Azərbaycan torpaqları» elmi əsəri, 1957-ci ildə isə Respublikanın 1:500000 miqyasında torpaq xəritəsi çap olunmuşdur.
İnstitutun alimləri (ak. H.Əliyev, mü K. Ələkbərov, ak. V.Volobuyev, mü M.Salayev) SSRİ Dövlət Torpaq Xəritəsinin Qafqaz hissəsinin (M1:1000000; M 1:2500000), Azərbaycan SSR-i Atlasının və Azərbaycan Sovet Ensiklopediyasına daxil olan torpaq xəritələrinin tərtibçiləridir. Respublikanın torpaq - iqlim rayonlaşması xəritəsi tərtib edilmişdir. Aqrokimya sahəsində torpaq münbitliyinin əsas göstəriciləri, onun bərpası və yüksəldilməsi, müxtəlif bitkilərin məhsuldarlığına mineral və üzvü gübrələrin təsiri öyrənilmişdir və nəticələr geniş tətbiq olunmuşdur. Makrogübrələrin səmərəsini artırmaq məqsədilə mikroelementlərdən istifadə edilməsi təklif edilmiş, bunların bitkilərə verilmə normaları və üsulları, torpaqda mikroelementlərin yayılma arealı, miqrasiyası öyrənilmiş, bu elementlərin biokimyəvi əyalətləri müəyyənləşdirilmişdir. Respublikanın Azərbaycan və rus dilində Torpaq Xəritəsi (M 1:600000) dərc edilərək mütəxəssislərin istifadəsinə verildi (ak. H.Ə. Əliyev, k.t.e.d. İ.Ş. İsgəndərov, k.t.e.d. Ş.G. Həsənov, ak. müxb. üzvü M.P. Babayev, müxb.üzv Q.Ş. Məmmədov). Çoxillik tədqiqatların nəticəsi olaraq 1997-ci ildə Azərbaycanın
Dövlət Torpaq Xəritəsi hazırlanmışdır (M 1:100000).İlk dəfə olaraq Azərbaycan Respublikasının torpaq təsnifatının torpaq ehtiyatlarının dünya məlumat bankı – WRB sistemi ilə korrelyasiyası aparılmış və «Azərbaycan torpaq təsnifatının WRB sistemi ilə korrelyasiyası» (ak. Q.Ş. Məmmədov,ak. müxb. üzvü M.P. Babayev, k.t.e.d. A.İ. İsmayılov, 2002) adlı kitab nəşr edilmişdir.

Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr:

Azərbaycanın Ceyrançöl və Qobustan massivi təbii senozlarında torpaqların ekoloji qiymətləndirilməsi aparılmış və 1:100 000 miqyasında xəritə-sxemi hazırlanmışdır.
Relyefin plastikası və kompüter texnologiyası əsasında Abşeronda müəyyənləşdirilmiş 7 tip üzrə torpaq örtüyü strukturlarının ekoloji qiymətləndirmə xəritəsi (Miqyas 1:100000) hazırlanmışdır (akad. Q.Ş.Məmmədov, V.H.Həsənov).
Lənkəran torpaqlarında aparılmış çoxillik fundamental tədqiqatlar nəticəsində torpaqların ekoloji qiymətləndirilməsinin yeni konsepsiyası irəli sürülmüş, torpaqların aqroekoloji əsasda bonitirovkasının aparılmasının yeni yanaşma üsulları əsaslandırılmış, münbitlik göstəriciləri üzərində ekoloji monitorinqin təşkili proqramı işlənilmişdir. Respublikada ilk dəfə olaraq “Azərbaycanın Torpaq Atlası” hazırlanıb çap olunmuşdur. (akad.Q.Ş.Məmmədov və baş.)
Azərbaycanda torpaq ehtiyatlarından səmərəli istifadənin sosial iqtisadi və ekoloji əsasları işlənilmişdir. Torpaq-kadastr rayonları üzrə torpaqların bonitirovkasının metodiki əsasları və torpaqların ekoloji münbitlik modeli parametrlərinin təkmilləşdirilməsi və dəqiqləşdirilməsi aparılmışdır.
“Azərbaycan Respublikasının Ekoloji Atlası” üç dildə, Azərbaycan, rus, ingilis dillərində nəşr edilmişdir. Xüsusi tematik məzmununun 11 bölmədən ibarət olmaqla Atlasda 1:500000 miqyasında 110-dan artıq xəritə verilmişdir (akad. Q.Ş.Məmmədov, M.Y.Xəlilov, S.Z.Məmmədova, 2009) Azərbaycanın aqroekoloji problemlərinin elmi-nəzəri və metodoloji aspektləri araşdırılmışdır.
Ekoloji - energetik qiymətləndirmə əsasında qış otlaq torpaqlarının yaxşılaşdırılması və müqayisəli qiymətləndirilməsi aparılmışdır. Energetik və mikroelement göstəriciləri ekoloji şkalalar üzrə nəzərə alınaraq yarımsəhra landşaft komplekslərinin bonitet balı müəyyənləşdirilmişdir (akad. Q.Ş.Məmmədov, S.Z.Məmmədova, A.B.Cəfərov, A.F.Həsənova).
Torpaq münbitliyinin yüksəldilməsi, bitkilərin qida mad dələri balansının və rejiminin idarə olunmasının ekoloji əsasları, regional gübrələmə sisteminin və torpaqların ağır metallarla çirklənmə səviyyəsi müəyyənləşdirilmişdir.

 



17.06.2016.Aqrar sahənin inkişafına elmi dəstək verilir

17.06.2016.Elektron test üsulu ilə minumum imtahanı keçirilib

8.06.2016.Qobustan Bölgə Təcrübə Stansiyasında Elmi-praktiki seminar keçirilib
16.05.206. ATİ-də Gənc Alimlər və Mütəxəssislər Şurası seminar keçirib

13.05.2016. ATİ əməkdaşları təlimlərdə

TAİ-da növbəti dissertasiya müdafiəsi
keçirild

06.05.2016.TAİ-nın əməkdaşları İnstitutun Ucar Dayaq Məntəqəsində çöl təcrübələri aparırlar .
22.04.2016.
“BioMax”, “Bactovit”  və “Ferment Start” və digər  biopreparatların əsasında alınmış üzvi gübrələr...

15.03.2016.Türkiyəli  mütəxəssislər Torpaqşünaslıq və Aqrokimya İnstitutunda..

11.03.2016. TAİ-da YAP Yasamal r. təşkilatının tədbiri keçirilib.

07.03.2016. TAİ-da 8 Mart tədbiri.

03.03.2016. TAİ ilə Rusiya Federasiyasının Meşerski Elmi-Texniki Mərkəz arasında əməkdaşlıq müqaviləsi imzalanıb



© Bakı 2010-2016 AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu