TAİ-da növbəti dissertasiya müdafiəsi keçirildi

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun nəzdində fəlsəfə və elmlər doktorluq dissertasiyalarının müdafiəsi üzrə D.01.041 Dissertasiya Şurasının növbəti iclası keçirilmişdir. İclasda Biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Sevil Məmmədli “Qamma və Ub faktorlarla  induksiyalanmış genomun qeyri-stabilliyini aşağı salan radioprotektor təsirləri” mövzusunda təqdim etdiyi dissertasiya işini müdafiə etmişdir. Dissertasiya işi AMEA-nın Radiasiya Problemləri İnstitutunun Radioprotektorlar laboratoriyasında və Ukrayna MEA-nın  Hüceyrə Biologiya və Gen Mühəndisliyi İnstitutunun Biofizika və Radiobiologiya şöbəsində yerinə yetirilmişdir.