TAİ əməkdaşlarına MEK-də “VİKİPEDİYA”mövzusunda təlimlər keçirilir

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında AMEA-nın müxtəlif institutlarının əməkdaşları  üçün “Vikipediya” mövzusunda  cari ilin fevral ayından başlayan təlimlər davam edir.  Hazırda təlimlər AMEA  Torpaqşünaslıq və Aqrokimya İnstitutunun 10 nəfər  əməkdaşından ibarət qrup üçün keçirilir. Məlumat üçün bildirək ki, təlimlər hər qrup üçün gündə 2 saat olmaqla 5 günlük müddət ərzində keçirilir. Təlimçi, AMEA Mərkəzi Elmi Kitabxananın Milli Rəqəmsal Yaddaş şöbəsinin əməkdaşı  Günay Məmmədovanın bildirdiyinə görə təlimlər bundan sonra da AMEA-nın daha bir neçə institutunun əməkdaşları üçün davam edəcəkdir. Təlimlərdə vikipediyadan istifadə qaydaları, ümumi anlayış, qeydiyyatdan keçmə, Azərbaycan, rus və ingilis dillərində məqalələrin yaradılması, adlandırılması, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi öyrədilir. Təlimlərdə eyni zamanda vikipediyanın mənfi təsirləri və onun qarşısının alınması yolları da izah edilir. Təlimlərin sonunda iştirakçılar qazandıqları  bilikləri veb-saytda tətbiq etməyə çalışırlar