Qobustan Bölgə Təcrübə Stansiyasında Elmi-praktiki seminar keçirilib

7 iyun Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi və Əkinçilik Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Qobustan Bölgə Təcrübə Stansiyasında “Dəmyə bölgələri üçün yeni taxıl sortlarının yaradılması və toxumçuluğun təşkili” mövzusunda Elmi-praktiki seminar keçirilib. Seminarda Respublikamızda Böyük Qafqaz dəmyə əkinçiliyi zonasını əhatə edən rayonlardan fermerler, kənd təsərrüfatı mütəxəssisləri AMEA və universitetlərdən müvafiq sahədə tədqiqat aparan alimlər iştirak ediblər. Elmi praktriki seminarda AMEA Biologiya və Tibb elmləri bölməsindən Genetik Ehtiyatlar İnstitutun direktoru AMEA-nın müxbir üzvi Z. Əkbərov, laboratoriya rəhbəri, professor H.Şıxlinski  və müvafiq mütəxəssislər; Torpaqşünaslıq və Aqrokimya İnstitutundan isə  İnstitutun elmi işlər üzrə direktor müavinini a.ü.f.d., dosent Q.Məmmədov iştirak edib..
Seminarda Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov  çıxış edərək  ölkəmizin ərzaq problemlərinin həllində Əkinçilik Elmi Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasının böyük rolu olduğunu  qeyd edib. AMEA əməkdaşları seminarda müzakirələr aparıb, orada iştirak etmiş fermerlərin suallarını cavablandırıb, o cümlədən dənli taxıl bitkilərinin torpağa tələbatı, gübrələnmə sistemlərinin effektivliyi, dəmyə şəraitində gübrə növlərinin istifadə xüsusiyyətləri, müvafiq torpaq-iqlim şəraitinə uyğun dənli taxıl bitkilərinin sortlarının seçilməsi barədə tövsiyələr veriblər.