TAİ-nin əməkdaşları BDU-nun Quba Tədris Təcrübə və İstirahət mərkəzində ezamiyyətdə olublar

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları dos.Z.Məmmədov, dos.L.Kərimova, dos.Ş.Cəfərova  Bakı Dövlət Universitetinin Quba Tədris Təcrübə və İstirahət Mərkəzində ezamiyyətdə olublar. Öncədən imzalanmış memorandum çərçivəsində BDU-nun Ekologiya və Torpaqşünaslıq fakültəsinin III kurs tələbələri ilə  çöl təcrübəsində iştirak ediblər. Təcrübədə iştirak etməkdə məqsəd elm ilə təhsilin vəhdəti əsasında alimlərin bilik və bacarığını tələbələrə öyrətmək, tələbələrdə elmi tədqiqata həvəsin  artırılması, sonda tələbələrin təcrübi və istehsalata hazırlıq vəziyyətinin yaxşılaşdırılmasıdır. Təcrübə zamanı  dəniz səviyyəsindən 800 m yüksəklikdə, meşə ərazisində torpaq kəsimi qoyulmuş, torpağın strukturu, mexaniki tərkibi , torpaqəmələ gəlmə prosesinin izləri, bitki köklərinin torpaqda yayılması, torpaq nümunələrinin götürülməsi işləri həyata keçirilmiş, tələbələrə geniş məlumat verilmişdir. Çöl şəraitində görülmüş işlər tələbələr tərəfindən diqqətlə izlənib və gələcəkdə bu proseslərin davam etdirilməsi üçün səylərin artırılması və kompleks təcrübələrin birgə həyata keçirilməsi məqsədə uyğun hesab edilmişdir. Belə bir təcrübənin gələcəkdə tələbələrin iştirakı ilı birlikdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Ucar dayaq məntəqəsində də keçirilməsi  nəzərdə tutulmuşdur.