AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutun direktoru, aqrar elmlər doktoru, professor Əlövsət Quliyev Bakı Dövlət Universitetinin tələbələri ilə görüşüb. Professor Ə.Quliyev Universitetin Ekologiya və Torpaqşünaslıq fakültəsinin 3-cü kurs tələbələri qarşısında “Dünyada iqlim dəyişmələri və arid iqlim zonalarında su və torpaq ehtiyyatlarından səmərəli istifadə” mövzusu
nda mühazirə ilə çıxış edib.