Professor Əlövsət Quliyev Bakı Dövlət Universitetinin tələbələri qarşısında mühazirə ilə çıxış edib

AMEA Torpaqşünaslıq və Aqrokimya  İnstitutun direktoru, aqrar elmlər doktoru, professor Əlövsət Quliyev Bakı Dövlət Universitetinin tələbələri ilə görüşüb. Professor Ə.Quliyev Universitetin Ekologiya və Torpaqşünaslıq fakültəsinin 3-cü kurs tələbələri qarşısında “Dünyada iqlim dəyişmələri və arid iqlim zonalarında su və torpaq ehtiyyatlarından səmərəli istifadə” mövzusu
nda mühazirə ilə çıxış edib.