Qazaxıstan Respublikasının Taraz şəhərində “Elmi təminat su təsərrüfatının dayanıqlı inkişafının amili kimi ” II Beynəlxalq elmi -praktik konfransı

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun  Torpaqların meliorasiyası laboratoriyasının rəhbəri, fəlsəfə  doktoru, dosent Mustafa Mustafayev   iyunun 24-ü Qazaxıstan Respublikasının Taraz   şəhərində  “Elmi təminat su təsərrüfatının dayanıqlı inkişafının amili kimi ” II Beynəlxalq elmi -praktik konfrans iştirak edib.  Konfransda M.Mustafayev “Muğan-Salyan massivinin torpaqlarının müasir vəziyyəti və onların  yaxşılaşdırılmasının elmi əsasları” mövzusunda plenar iclasda məruzə ilə çıxış edib.
Meliorasiya və suvarılan torpaqların ekologiyası bölməsində M. Mustafayevin sədrliyi ilə konfransın istiqamətinə uyğun olaraq 21 çıxış müzakirə olunub.  Konfransda təbrik sözü ilə  Cambıl əyalətini başçısı K.N.Kokrekbaev,  Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı naziri E.N.Nısanbaev, “NANOTS” İdarə Heyətinin IAB sədri akademik, Q.A.Kakiev, Qazaxıstan Milli Aqrar Universitetinin rektoru T.İ.Espolov çıxış edib. Sonra M. Mustafayev Torpaqşünaslıq və Aqrokimya İnstitutun kollektivi adından, institutun direktoru, professor Əlövsət Quliyev tərəfindən  imzalanmış təbrik məktubunu konfrans iştirakçılarının nəzərinə çatdırıb və onu konfransın sədri N.N.Balqabayevə təqdim edib.