Torpaqşünaslıq və Aqrokimya İnstitutunda növbəti elmi seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Azərbaycan torpaq təsnifatının beynəlxalq torpaq təsnifat sisteminə korrelyasiyası” mövzusunda elmi seminar keçirilib. Seminarı giriş sözü ilə  biologiya elmləri doktoru, professor  Sara Məmmədova açıb. Mövzu üzrə TAİ-nin Torpaqların genezisi, coğrafiyası və kartoqrafiyası laboratoriyasının müdiri, akademik Məhərrəm Babayev, elmi işçisi Fikrət Feyziyev məruzə edib. Seminarda laboratoriya rəhbərləri, həmçinin institutun Gənc Alimlər və Mütəxəssislər Şurasının üzvləri iştirak edərək  öz sualları və təklifləri ilə çıxış ediblər.