TAİ ilə Koreya Respublikasının SEUL Universiteti və Rusiya Federasiyasının Orenburq Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

8 iyul  2016-ci il Azərbaycan  Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Koreya Respublikasının Kənd təsərrüfatı və sosial (təbiət)  elmləri  Seul Milli Universiteti arasında anlaşma memorandumu  imzalanıb. Sənəd AMEA TAİ-nin direktoru, professor Əlövsət Quliyev və Koreya Respublikasının Kənd təsərrüfatı və sosial (təbiət)  elmləri  Seul Milli Universitetinin  dekanı professor  Chyul Young Jyung  tərəfindən imzalanıb. İmzalanmış müqavilədə  tərəflər arasında torpaqşünaslıq, aqrokimya, və ekologiya elmlərinin qarşılıqlı maraq doğuran sahələrində elmi əməkdaşlıq, torpağın şorlaşmasının qarşısını almaq məqsədi ilə birgə elmi-texniki tədqiqat işlərinin aparılması üçün proqramların hazırlanması, əməkdaşların elmi mübadiləsi sahəsində razılıq əldə olunub.
      13 iyul 2016-ci il  Azərbaycan  Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutu ali təhsildə federal dövlət büdcəsi təhsil müəssisəsinin beynəlxalq ali təhsil məktəbləri arasındakı əməkdaşlığı çərçivəsində Rusiya Federasiyasının Orenburq Dövlət Aqrar Universiteti ilə  əməkdaşlıq müqaviləsi imzalayıb. Müqavilədə təhsil və elm sahəsində qarşılıqlı əməkdaşlığının inkişafı sahəsində razılığa gəlinib.