2-4oktyabr 2016-cı il tarixlərində Gəncə şəhərində “Aqrarelmin inkişafı, ərzaq təhlükəsizliyi və ətraf mühitin mühafizəsində beynəlxalq əməkdaşlıq” mövzusunda 8-ci elmi-praktik konfrans keçirilib.
Konfransda AMEA-nın aqrar məsələlər üzrə müşaviri, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri, akademik Qərib Məmmədov da iştirak edib. Akademik “Azərbaycanın uğurlu aqrar siyasəti” adlı məruzəsində ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu iqtisadi siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib: “Təsadüfü deyil ki, İlham Əliyev prezidentliyinin ilk ilindən etibarən mühüm dövlət sənədləri, o cümlədən ərzaq təhlükəsizliyi və regionların sosial-iqtisadi inkişafı haqqında dövlət proqramları təsdiq olunub, bu sahədəki boşluqlararadan qaldırılıb. Həyata keçirilmiş dövlət proqramlarında aqrar sahədə çalışan alim və mütəxəssislərin qarşısında bir sıra məsələlər qoyulub”.
AMEA-nın aqrar məsələlər üzrə müşaviri hazırda AMEA-da Azərbaycanın elektron torpaq xəritəsinin hazırlanması, elektron kənd təsərrüfatı, torpaqların invertarlaşdırılması, bonitrovkası, iqtisadi cəhətdən qiymətləndirilməsi, eləcə də rayonlaşmış yüksək məhsuldar toxumların seleksiyası istiqamətində ciddi işlər görüldüyünü, dəyərli elmi əsərlər yazıldığını vurğulayıb.