Torpaqşünaslıq və Aqrokimya İnstitutun Ucar rayonunda (Qarabörk kəndi) ərazisində Dayaq məntəqəsi fəaliyyət göstərir.
Dayaq məntəqəsinin ərazisində İnstitut əməkdaşları tərəfindən torpaqşünaslığın, aqrokimya, aqroekologiya və meliorasiya elminin ən mühüm aktual sahələrini əks etdirən elmi tədqiqat və təcrübə işləri aparılır.
Təcrübə sahələrində həm kiçik bölgülü və həmçinin istehsalat təcrübələri də aparılır. Məntəqənin təcrübə sahəsində kənd təsərrüfatında calışan mütəxəssiələrə torpaq mülkiyyətçilərinə və fermerlərə yeni elmi nailiyyətlər nümayiş etdirilir.
Respublikamızda aparılan torpaq islahatı ilə əlaqədar olaraq Ucar dayaq məntəqəsinə müvafiq qaydada torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı verilmişdir.
Məntəqənin ümumi ərazisi 25 hektardır.
TAİ-nın əməkdaşları Ucar Dayaq Məntəqəsində çöl təcrübələri aparırlar
12.07.2016.TAİ-nın əməkdaşları aqrar elmlər üzrə fəlsəfə doktoru Svetlana Eyyubova, Firoza Ramazanova və baş iqtisadçı İradə Əliyeva institutun Ucar Dayaq Məntəqəsində ezamiyyətdə olublar. Ezamiyyətin məqsədi mövzu planına uyğun olaraq çöl tədqiqat işlərini yerinə yetirmək və dayaq məntəqəsində aparılan təcrübələr və təsərrüfat əkinlərində faktiki alınmış quru ot məhsullarının hesablanması və gələcək məhsulun proqnozlaşdırılmasıdır.
Ezamiyyət müddətində müxtəlif kənd təsərrüfatı bitkiləri becərilib, fenoloji müşahidələrin aparılıb, torpağa tələb olunan gübrə normaları verilib, plan üzrə digər işlər yerinə yetirilib.