Məruzəçi, İnstitutunun Üzvi gübrələr laboratoriyasının aparıcı elmi işçisi Əlibala Əlizadə çıxışında “BioMax”, “Bactovit” və “Ferment Start” biopreparatlarının təsiri nəticəsində alınmış üzvi gübrələrin kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı, məhsulun keyfiyyəti və torpaq münbitliyinin yüksəldilməsində mühüm əhəmiyyətini göstərdi. Həmin biopreparatların sənaye istehsalı və geniş tətbiqinə Respublikanın aqrar sektorunun böyük ehtiyacı olduğunu vurğuladı.
Məruzə ətrafında Türkiyəli mütəxəssis Xəlil İlkilik və İnstitutun alimləri: akademik M.P.Babayev, professorlar Ə.G.Quliyev, P.B.Zamanov, aqrar üzrə fəlsəfə doktorları Q.M.Məmmədov, S.M.Eyyubova, M.İ.Məmmədov, M.Q.Mustafayev, N.R.Süleymanov və digər alimlər çıxış edərək üzvi gübrəsinin torpağın münbitliyinin yüksəldilməsində, torpağın su, hava və qida rejiminin yaxşılaşdırılmasında, kənd təsərrüfatı bitkilərindən ekoloji təmiz məhsulun alınmasında rolunu yüksək qiymətləndirərək, onun geniş tətbiq edilməsinin əhəmiyyətini qeyd etdilər.