TAİ-də Gənc Alimlər və Mütəxəssislər Şurası seminar keçirib

Torpaqşünaslıq və Aqrokimya İnstitununda Gənc Alimlər və Mütəxəssislər Şurasının təşəbbüsü ilə seminar keçirilib. Seminarda xaricdə təhsil almaq istəyən gənclərə Almaniyanın DAAD proqramı haqqında məlumat verilib. Məruzəçi Erasmus və Daad proqramları ilə xaricdə təhsil almış mütəxəssis Fərid Seyfullayev gənclərə DAAD proqramı barədə ətraflı məlumat verib və  təcrübələrini bölüşüb. Məruzəçi daha sonra gənclərin suallarını cavablandırıb.