AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların meliorasiyası laboratoriyasının rəhbəri, fəlsəfə doktoru, dosent Mustafa Mustafayev iyunun 24-ü Qazaxıstan Respublikasının Taraz şəhərində “Elmi təminat su təsərrüfatının dayanıqlı inkişafının amili kimi ” II Beynəlxalq elmi -praktik konfrans iştirak edib. Konfransda M.Mustafayev “Muğan-Salyan massivinin torpaqlarının müasir vəziyyəti və onların yaxşılaşdırılmasının elmi əsasları” mövzusunda plenar iclasda məruzə ilə çıxış edib.
Meliorasiya və suvarılan torpaqların ekologiyası bölməsində M. Mustafayevin sədrliyi ilə konfransın istiqamətinə uyğun olaraq 21 çıxış müzakirə olunub. Konfransda təbrik sözü ilə Cambıl əyalətini başçısı K.N.Kokrekbaev, Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı naziri E.N.Nısanbaev, “NANOTS” İdarə Heyətinin IAB sədri akademik, Q.A.Kakiev, Qazaxıstan Milli Aqrar Universitetinin rektoru T.İ.Espolov çıxış edib. Sonra M. Mustafayev Torpaqşünaslıq və Aqrokimya İnstitutun kollektivi adından, institutun direktoru, professor Əlövsət Quliyev tərəfindən imzalanmış təbrik məktubunu konfrans iştirakçılarının nəzərinə çatdırıb və onu konfransın sədri N.N.Balqabayevə təqdim edib.