Elmi fəaliyyət

Təşkilatın əsas fəaliyyət istiqamətləri

• Torpaqların genezisi, Beynəlxalq standartlara uyğun müasir nomenklaturası, təsnifatı, suvarılan torpaqlara antropogen təsirin nəzəri əsaslarının işlənməsi və torpaqların deqradasiyası;

• Torpaq proseslərinin idarə olunmasının elmi əsasları;

• Azərbaycanda Dövlət torpaq kadastrının elmi əsaslarla aparılması, torpaqların ekoloji münbitlik modelləri əsasında rayonlaşdırılması və Respublikada keçirilən torpaq islahatının elmi təhlili;

• Torpaqların mineraloji tərkibinin, bioloji fəallığının, humusluq vəziyyətinin tədqiqi və münbitliyin bərpasının ekoloji və aqrokimyəviəsasları;

• Aqrokimyanın ekoloji problemləri;

• Torpaqların aqrofiziki, optik və istilik xassələri bankının tərtibi;

• Respublika torpaqları üçün avtomatlaşdırılmış informasiya sisteminin yaradılması, aqroekoloji sistemin əsas göstəricilərinin müqayisəli təhlili və Azərbaycan torpaqlarının elektron xəritələrinin tərtibi;

• Respublika torpaqlarının meliorativ səciyyəsi, duzluluq dərəcəsi və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı arasında əlaqənin tədqiqi.