AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitunda “Azərkosmos” ASC Azersky peykindən əldə olunan təsvirlərin istifadəsinə həsr olunmuş seminar keçirib. “Azərkosmos” ASC-nin əməkdaşı Fərhad Mustafayev qeyd edib ki: “Azərkosmos”un əsas məqsədi peyk təsvirlərini çəkmək və onları təqdim etməkdən ibarətdir.
Həmçinin seminar iştirakçılarına Azersky, SPOT 6 və Pleiades peyklərinin texniki xüsusiyyətləri, peyk təsvirlərinin ətraf mühitin öyrənilməsində istifadəsi, geoməkan tədqiqatları haqqında məlumat verilib. Seminarda peyk təsvirlərinin digər sahələrdə tətbiq imkanları o, cümlədən ekoloji problemlərin həllində istifadəsi və digər maraqlı məsələlər müzakirə olunub.
Torpaqşünaslıq və Aqrokimya İnstitutu və “Azərkosmos” ASC arasında gələcəkdə elmi-texniki tədqiqat işlərinin aparılması üçün birgə əməkdaşlıq haqqında razılıq əldə olunub.